Tovuzda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Opel” markalı minik maşını yolu keçən 1940-cı il təvəllüdlü Qiyas Musayevi vurub. Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.