Tovuzda minik avtomobili aşıb, xəsarət alan var

Tovuzda minik avtomobili aşıb, xəsarət alan var
HADİSƏ
20:38 24.06.2025
654
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayonun Qalaboyun kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan "Lada Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində 1 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
 
/APA
OXŞAR XƏBƏRLƏR