Tovuzda oğul evdən 14 min manata yaxın pul oğurladı

Tovuzda oğul evdən 14 min manata yaxın pul oğurladı
SOSİAL
23:59 19.12.2022
166
Tovuz şəhərində evdən 13 min 500 manat nəğd pul və ümumi dəyəri 400 manat olan qızıl-zinət əşyaları oğurlanıb, saxlanılan var.

"Report”un məlumatına görə, Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin ev sahibinin oğlu olduğu müəyyən edilib.

O, saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR