Tovuzda tibb işçiləri döyüldü - Təcili yardım maşınının şüşələri sındırıldı

Tovuzda tibb işçiləri döyüldü - Təcili yardım maşınının şüşələri sındırıldı
SOSİAL
11:01 08.06.2018
6145
Tovuz rayonunda çağırışa gedən təcili tibbi yardım maşınına hücum olub.

AZXEBER.COM saytının APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirib, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Təcili tibbi yardım maşınının şüşələri sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda  araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR