Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnə yol-nəqliyyat hadisəsi olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan "Report"un Qərb bürosuna bildirilib.
Məlumata görə, rayonun Alakol kəndində, "Chevrolet Curuze" markalı avtomobil ağaca çırpılıb.
Qəza nəticəsində, 2001-ci il təvəllüdlü N.Qurbanlı, 2000-ci il təvəllüdlü E.Hüseynov və həmyaşıdı Ş.Namazlı xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.