Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə Tovuz rayonu, Bozalqanlı kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal əraziyə cəlb edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində, ümumi sahəsi 40 m² olan köməkçi tikilidə baş vermiş yanğın genişlənmədən və bitişik tikilmiş evə keçmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində köməkçi tikilinin yanar konstruksiyaları və bitişik olan, ümumi sahəsi 80 m² olan birmərtəbəli ikiotaqlı evin bir otağının plastik pəncərə çərçivəsi və içərisindəki 1 ədəd dolab yanıb. Ev isə yanğından mühafizə olunub.