Tovuzda yaşlı qadını avtomobil vurub ÖLDÜRDÜ

Tovuzda yaşlı qadını avtomobil vurub ÖLDÜRDÜ
HADİSƏ
22:51 17.08.2025
167
Tovuzda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

Ramal Mürşüdov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə qonşusu, 1950-ci il təvəllüdlü Solmaz Mejdinovanı vurub.

Qadın aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR