Tovuzda yeni doğulan körpə həkim səhlənkarlığı nəticəsində xəsarət alıb?

Tovuzda yeni doğulan körpə həkim səhlənkarlığı nəticəsində xəsarət alıb?
SOSİAL
11:02 13.10.2022
200
Tovuzda həkim səhlənkarlığı nəticəsində xəsarət aldığı deyilən azyaşlı ilə bağlı məsələyə rəsmi münasibət bildirib. 

Qurumdan AZXEBER.COM-a daxil olan məlumatda qeyd olunub ki, 1992-ci il təvəllüdlü ana sentyabrın 4-də Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 38-39 həftəlik hamilə olan pasiyent həmin gün qeysəriyyə əməliyyatı ilə çəkisi 3 500 qram, boyu 52 sm olan körpə dünyaya gətirib. Körpə doğularkən fizioloji sarılığı olub: "Sentyabrın 7-də körpənin zəif qidalanması müşahidə edilib. Bu səbəbdən ona damardaxili infuzion müalicə aparılıb. Bundan sonra körpənin qidalanması bərpa olub, vəziyyəti qənaətbəxş olduğu üçün 10.09.2022-ci il tarixində evə buraxılıb. Ailəsi tərəfindən körpənin səhhətində narahatlıq müşahidə edildiyi üçün bir neçə digər tibb müəssisəsinə müraciət edilib. Sözügedən müəssisələrdə də körpəyə tibbi xidmət göstərilib.
 
Daha sonra 16.09.2022-ci il tarixində K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun Cərrahiyyə şöbəsinə yerləşdirilən körpəyə sağ bazu sümük iltihabı (osteomielit) diaqnozu qoyulub. 17.09.2022-ci il tarixində körpə tibb müəssisəsinin Yenidoğulmuşların patologiyası şöbəsinə köçürülüb. Lazımi müayinə və müalicələrdən sonra oktyabrın 5-də ambulator müalicə üçün evə buraxılıb. Körpənin yenidən müayinəyə gətirilməsi barədə ailəsinə məlumat verilib”. 

Qurumdan həmçinin bildirilib ki, məsələ TƏBİB rəhbərliyinin nəzarətindədir. Körpənin ailə üzvləri ilə əlaqə saxlanılıb və onlar quruma dəvət edilib: "Müvafiq araşdırmalar aparıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək”. 

Qeyd edək ki, Tovuz rayonunun Əyyublu kənd sakini Elvin Yusifli övladının həkim səhlənkarlığı səbəbindən xəsarət aldığını iddia edir. Onun sözlərinə görə, övladı Tovuz Mərkəzi Rayon Xəstəxanasında baxımsızlıqdan sarılıq keçirib və sağ qolu iynə vuran zaman zədələndiyinə görə işləmir. Valideynin sözlərinə görə, uşağın xəstəxanada halı pisləşən zaman həkim orada olmayıb. Ailənin müraciətindən sonra özü gəlməyib, gəlinini göndərib. O isə nə qədər cəhd etsə də, iynə vurmaq üçün körpənin damnarını tuta bilməyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT