Tovuzda zəhərlənənlərin son durumu açıqlandı

SOSİAL
12:20 16.10.2024
242
Tovuzda kütləvi zəhərlənənlərin vəziyyəti açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 21 nəfər olmaqla zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda xəstəxananın Yoluxucu xəstəliklər şöbəsində 7 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş qiymətləndirilir.

Digər şəxslər isə ambulator müalicə üçün evə buraxılıb.
OXŞAR XƏBƏRLƏR