Tovuzdakı qətlin təfərrüatı: –“Bir oğlanla telefonla danışırmış”

Tovuzdakı qətlin təfərrüatı: –“Bir oğlanla telefonla danışırmış”
SOSİAL
14:44 20.06.2016
10659
Dünən axşam saatlarında Tovuzda Əsrik çayının Aşağı Quşçu kəndi ərazisindən keçən hissəsində kənd sakini, 1999-cu il təvəllüdlü Günay Rafiq qızı Gülməmmədovanın meyiti tapılıb.
Kənd sakinlərinin  verdiyi məlumata görə, kənd sakini, 1999-cu il təvəllüdlü Günay Gülməmmədovanın cəsədi çay kənarında başı kəsilmiş halda tapılıb.
Sakinlərin sözünə görə, Günayın ailəsinin heç kimlə münaqişəsi olmayıb. 1990-cı il təvəllüdlü bacısı və əkiz qardaşı olan Günay anasını 2011-ci ildə itirib. Atası ikinci dəfə ailə qurub. Lakin onun analığı ilə də problemi olmayıb. Kənd sakinləri bildirirlər ki, kənddə ilk dəfədir belə hadisə baş verir.
Cəsəd dünən saat 18 radələrində Günaygilin evindən 500-600 metr kənarda aşkarlanıb. Dərhal polisə məlumat verilib. Araşdırmadan sonra meyitin Günay Gülməmmədovaya məxsus olduğu müəyyən edilib.
Günayın əmisi Natiq Gülməmmədov açıqlamasında olayın ailələri üçün dəhşətli bir hadisə olduğunu deyib: “Qardaşım qızını sonuncu dəfə iyunun 14-də gördüm. Bacım qızının “Son zəng” tədbirində idi. Atası, qardaşı, analığı da orda idi. Bildiyim qədəri ilə son vaxtlar bir oğlanla telefonla danışırmış. Ona görə hamı danlayırdı onu. Mən də qızı qarşıma qoyub danışdım. Başa saldım ki, belə şeylər üçün hələ tezdir. Günay bu il 11-ci sinfi bitirməliydi. Amma 9-cu sinifdən məktəbdən çıxmışdı. Yəni hələ məktəbli yaşında idi. Bu o demək deyil ki, qardaşım qızı pis yolda idi. O, daim ailənin nəzarətində olub. Həmin gündən sonra onu görməmişəm”.
Əmisinin sözlərinə görə, hadisə günü Günay saat 16 radələrində evdən çıxıb: “Atası ilə qardaşı evdə yatırmış. Analığı ilə həyətə çıxıb. Hər gün gedib qonşunun balaca uşağı ilə oynayırmış. Analığına ora getdiyini deyib. Aradan bir neçə saat keçəndən sonra qonşudan soruşublar, məlum olub ki, Günay onlara getməyib. Axşamüstü körpünün yanında meyit tapıldığını eşitdik. Amma ora getmədim. Qardaşım zəng edib bizdən Günayı soruşdu. Biz də qohumlardan soraqladıq. Sonradan tapılan meyitin Günay olduğunu öyrəndik. Amma bizim heç kimlə davamız olmayıb. Kim belə iş görə, belə dəhşətli şəkildə başını kəsib öldürə bilər? Günay ölümü ilə bizə ağır dərd qoydu”.
///Publika.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
Emma sürücülük hüququndan məhrum edildi
15:39 17.07.2025
Emma sürücülük hüququndan məhrum edildi
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR
15:33 17.07.2025
Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atı hədiyyə edildi - FOTOLAR