"WhatsApp" vasitəsilə son fırıldaq üsulu hər kəsi təəccübləndirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, "WhatsApp” istifadəçilərinə saxta toy dəvətnamələri göndərilərkən .apk uzantılı fayllar onların telefonlarına zərərli proqramlar quraşdırıb.
İnstagram, Twitter və Facebook kimi proqramlar vasitəsilə virtual fırıldaqçılıqla bağlı hər gün yeni detallar ortaya çıxsa da, bu dəfə istifadə edilən vasitə WhatsApp olub və vətəndaşları şəbəkəyə sürükləyən üsul heyrətə gəlib.
İstifadəçilər göndərilən faylı yükləyib açdıqda onların telefonlarına zərərli proqram quraşdırılır və bu proqramla telefonun idarəsi tamamilə fırıldaqçılar tərəfindən ələ keçirilir.
Sözügedən proqram vasitəsi ilə istifadəçilər bütün şəxsi məlumatlarına, kontaktlarına, mesajlarına və hətta bank məlumatlarına daxil ola bilərlər.
Şəxsi məlumatlarını telefonlarında saxlayan, mesajlarını və fotoşəkillərini qorumaq istəyənlər göndərilən mesajlardakı linklərə basmazdan əvvəl iki dəfə düşünməlidirlər.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov məsələ ilə bağlı AZXEBER.COM-a bildirib ki, Azərbaycanda internet üzərindən göndərilən toy dəvətnamələri ilə bağlı hər hansı bir kibercinayətkarlıq faktı qeydə alınmayıb və bununla bağlı polisə məlumat daxil olmayıb.
Ümumiyyətlə isə qeyd edək ki, kiberdələduzlar saxta linklərə keçid edən vətəndaşların şəxsi məlumatlarına, kontaktlarına, mesajlarına və hətta bank məlumatlarına daxil ola bilərlər. Ona görə də vətəndaşlarımıza göndərilən saxta linklərə keçid edərək müvafiq xanaları doldurmamağı, tanımadıqları şəxslərə bank kartı məlumatlarını verməməyi tövsiyə edirik.
Kiberdələduzluqla üzləşən şəxslər dərhal DİN-in 102 Xidməti Zəng Mərkəzinə, həmçinin sosial şəbəkələrdə polisazərbaycan rəsmi səhifələrinə məlumat verə bilərlər.
Mikayıl