Türkiyənin İstanbul şəhərində maraqlı hadisə yaşanıb.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə,28 yaşlı gənc Ü.Y qohumlarının tanışlığı ilə 26 yaşlı S.Y ilə nişanlanır. 7 ay nişanlı qalan cütlük bu ilin may ayının 26-da ailə həyatı qururlar.
Toy axşamı isə, hər iki ailəni bir-birinə düşman edən hadisə yaşanıb. Belə ki, gəlin S.Y toydan bir neçə gün sonra ərini polisə ona təcavüz etdiyi üçün şikayət edib.
Bunun ardından polis 28 yaşlı bəyi həbs edib.
Məhkəmə qarşısına çıxardılan bəy hadisəni hakimə danışıb:
“Hadisədən əvvəl 7 ay yoldaşımla nişanlı qaldıq. Toy günü isə heç bir problem yox idi. Toy bitdikdən sonra biz evə gəldik və hər ikimiz namaz qılmağa başladıq. Bunun ardından digər dini ayinləri yerinə yetirdik. Onun istəyi ilə bir yerdə olduqdan sonra, o hamama getdi. Mənsə toydan qalan pivələri içməyə başladım. Ortada heç bir problem yox idi. Səhərdə durub gəzintiyə çıxdıq. Məni niyə polisə şikayət etdiyini hələ də anlaya bilmirəm”.
Məhkəmədə çıxış edən 26 yaşlı gəlin isə hadisənin baş vermə səbəblərindən danışıb:
“Biz 7 ay nişanlı qalanda mən dəfələrlə ona mesaj yazdımki, səni istəmirəm. Ancaq o ailəsi ilə birlikdə bizə gəlib mənim də ailəmi aldatdı. Daha sonra toy oldu. Mən yenə də onu istəmirdim. O isə, dostları ilə birlikdə toy günü içməyə başladı. Gecə isə dini ayin yerinə yetirdi. Mən ona başa saldım ki, bu ayin qəbul edilməyəcək. Çünki o içkili idi. Buna baxmayaraq, o mənə təcavüz etdi. Zorla mənə sahib oldu. Şikayətçiyəm”.
Məhkəmənin dəqiq hökmü 1 ay sonraya saxlanılsa da, həyat yoldaşını zorlayan gəncin 7 il həbs ediləcəyi gözlənilir.
Əfsələddin Ağalarov