Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı

Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı
SOSİAL
19:34 17.03.2023
148

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuloqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib.

Onların idarələrində olan avtomobillər müvəqqəti duracağa yerləşdirilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR