Bir qız anası olan Ulviranın Ramazan ayından əvvəl yaşda özündən böyük olan kişi ilə nikaha girdiyi hətta "Facebook" sosial şəbəkəsində də istifadəçilər arasında müzakirə mövzusuna çevrilib. Ərə getməsi haqqında Trend-ə danışan Qarayeva yayılan xəbərlərin tamamilə yalan olduğunu bildirdi.
"Başa düşə bilmirəm ki, kimlər bu tip şayiələri yayır. Hətta hansı gözəllik salonunda gəlin kimi bəzəndiyim, toyumda ifa edən musiqiçilərin kimliyi barədə də "inandırıcı" söz-söhbətlər qulağıma çatır. Ayıb olsun uydurma məlumatlar yayanlara! Birincisi, ərə getməmişəm. İkincisi də lap növbəti dəfə ailə qurmuşam, bundan kimə nə? Şəxsi həyatımla bağlı danışmaq məcburiyyətində deyiləm, axı. Bəzi insanlar niyə sözbazlığa meyllidirlər, bunu başa düşməkdə çətinlik çəkirəm", - Ulvira hiddət dolu açıqlamasında belə dedi.