Toy və yas mərasimlərinə qoyulan qadağa ilə bağlı - AÇIQLAMA

İDMAN
17:18 11.03.2015
3100
"Avropa Oyunları zamanı toy və yas mərasimlərinə heç bir qadağa qoyulmayacaq".
Bu barədə jurnalistlərə "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
Nazir bildirib ki, I Avropa Oyunları müddətində Bakıda xeyir-şər tədbirlərinin qarşısı alınmayacaq: "Kim istəsə, toy edə, Allah eləməsin, kiminsə ölüsü olsa, çadır qura bilər".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları 12 - 28 iyunda keçiriləcək. //report.az
OXŞAR XƏBƏRLƏR