Türkiyənin Aydın şəhərində oğlunun sünnət toyu edən şəxs ən xoşbəxt günündə dünyasını dəyişib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, gecə yarısı soyuq olduğu üçün uşağın atası Halit Atalay qohumu Yakup Atalayla toyda istifadə ediləcək kömür vedrəsini dolduraraq zalın çayxanasında isinməyə başlayıb.
Aşpazlar manqaldan çıxan tüstüdən zəhərlənən Halit Atalay və Yakup Atalayı huşsuz vəziyyətdə tapıblar. Xəstəxanaya aparılan Halit Atalay yolda dünyasını dəyişib.
Vəziyyəti ağır olan Yakup Atalay isə xəstəxanaya yerləşdirilib.
Sünnət toyu üçün bişirilən yeməklər yas yeməyi üçün istifadə edilib.
Aydın