Toya gələn kişi azyaşlı qızı zorladı, başını daşla əzib öldürdü

Toya gələn kişi azyaşlı qızı zorladı, başını daşla əzib öldürdü
DÜNYA
10:15 23.06.2018
9629

Toya gələn kişi dondurma almaq bəhanəsi ilə 6 yaşlı qızın başını aldadaraq onu restorandan çıxardıb, təcavüz edib, sümüklərini sındırıb, sonra da qətlə yetirib.

Azxeber.com Milli.Az-a istinadla xəbər verir ki, Morena adlı qızın toydan çıxarılma anı təhlükəsizlik kamerasına düşüb.

Hadisə Hindistanın Madhya Pradesh əyalətindəki Qvalior şəhərində, axşam saat 12-yə qalmış baş verib.

Qızlarının yoxa çıxdığını görən valideynlər polisə xəbər veriblər. Polis azyaşlı qızın cəsədini tapıb. Polislərin verdiyi məlumata görə cinayətkar qızın başını daşla əzərək öldürüb.

 
OXŞAR XƏBƏRLƏR