Toya getmişdi, anbarda boğulub öldü

Toya getmişdi, anbarda boğulub öldü
SOSİAL
17:21 14.07.2024
178
Qazax sakini Ağstafa Su anbarında batıb.

"Qafqazinfo”nun məlumatına görə, rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Haqverdiyev Mədət Abdulla oğlu anbarının Bala Cəfərli kənd ərazisinə düşən hissəsində çimərkən boğulub.

Onun həmin kəndə toy üçün getdiyi bildirilir.

H. Mədətin meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılıb.
Aidiyyəti üzrə təhvil verilib.
OXŞAR XƏBƏRLƏR