Toya hazırlaşan nişanlıları ölüm ayırdı - Gəlinlik yolda qaldı

Toya hazırlaşan nişanlıları ölüm ayırdı - Gəlinlik yolda qaldı
DÜNYA
13:54 02.05.2017
1453

Türkiyədə ağır yol qəzası baş verib.

Toy hazırlıqları üçün İzmirə gedən nişanlı cütlük qəzaya düşüb.

Qəza bu gün səhər saat 7 radələrində Konya-Ereğli magistral yolunun 23-cü kilometrində baş verib. Bəyin sürdüyü avtomobil bilinməyən səbəbdən idarəetməni itərək səkiyə çırpılıb.

Qəza nəticəsində sükan arxasında olan bəy İzzettin Öztürk ölüb, Sevim Ergüner isə ağır yaralanıb.

 

Qəza yerində isə ən çox diqqət çəkən qadının avtomobildən yerə düşən gəlinliyi olub. 

///milli.az




OXŞAR XƏBƏRLƏR