Toya tələsən televiziya işçisi qəza törətdi

MAQAZİN
00:03 27.06.2012
2750
Lənkəranda 1 nəfərin ölümü, 2 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Şahidlərin sözlərinə görə, qəzaya səbəb yaxınının toyuna tələsən sürücünün avtomobili yüksək sürətlə idarə etməsi olub. Hadisə ötən axşam saat 22.00 radələrində Ələt-Astara magistralının 206-cı kilometrliyində Lənkəranın Gərmətük qəsəbəsində baş verib.Azər Həsənovun idarə etdiyi VAZ 2106 markalı avtomobillə əks istiqamətdə hərəkətdə olan Tərlan Cavadovun idarə etdiyi VAZ 2103 markalı avtomaşın toqquşub. Hər iki avtomobil hadisə yerindən təqribən 15 metr irəliyə doğru sürüşüb. Nəticədə sürücülər və VAZ 2103–də olan sərnişin, sürücünün atası 58 yaşlı Nizami Cavadov müxtəlif dərəcəli bədən xəsarəti alaraq Lənkəran rayon xəstəxanasına çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, Nizami Cavadovun həyatını xilas etmək mümkün olmayıb.Şahidlərin sözlərinə görə, VAZ 2106 markalı avtomaşının sürücüsü yaxınlarının toyuna tələsdiyi üçün avtomobili yüksək sürətlə idarə edib. Qeyd edək ki, qəza törədən sürücülərdən biri Tərlan Cavadov Lənkəranda fəaliyyət göstərən “Cənub TV”nin əməkdaşıdır./anspress/

OXŞAR XƏBƏRLƏR