Toyda analarının ölüm xəbərini aldılar - Yolda qəzaya düşdülər - VİDEO

Toyda analarının ölüm xəbərini aldılar - Yolda qəzaya düşdülər - VİDEO
SOSİAL
00:08 10.09.2016
2643

Bu gün saat 15:00 radələrində Şəki ərazisində ağır yol qəza hadisəsi baş verib.

AZXEBER.COM Kanal S-ə (Region TV) istinadən xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 75-ci km-də, Şəkinin Cuma kəndi ərazisində qeydə alınıb.

Qaxın Turaclı kənd sakini Həsənov Həsən Əsəd oğlunun idarə etdiyi 34-BE-220 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə, eyni istiqamətdə hərəkət edən Şəkinin Cuma kəndi ərazisində yaşayan məcburi köçkün Abdullayev Vaqif Şamil oğlunun idarə etdiyi 60-BG-835 dövlət nömrə nişanlı "VAZ 21 011" markalı avtomobil toqquşub.

Toqquşmanın təsirindən "Mercedes" markalı avtomobil yol kənarındakı köçəkliyə aşıb.

Hadisə nəticəsində "Mercedes"də olan 4 nəfər sərnişin - Qaxın Turaclı kənd sakinləri Vəliyeva Diləfruz Əsəd qızı, Əsədova Tünzalə Məhəmməd qızı, Həsənova Sevgili Köçəri qızı və Həsənov Səbuhi Əsəd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadaları ilə dərhal Şəki MRX-yə çatdırılıblar.

İlkin məlumatlara görə, qəzaya səbəb yüksək sürət və dönmə əməliyyatının düzgün yerinə yetirilməməsi olub. Qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb.

Faktla bağlı Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsində araşdırmalar aparılır.

Qeyd edək ki, "Mercedes" markalı avtomobilin sürücü və sərnişinləri Mingəçevir rayonunda toyda olarkən onlara analarının öldüyü xəbərini veriblər və onlar məclisi tərk edərək dərhal Qax rayonuna yas mərasiminə tələsiblər.

OXŞAR XƏBƏRLƏR