Toyda damdan atılan atəşfəşanlıq çoxlu insan olan bölgədə partlayıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Diyarbekir bölgəsində baş verib.
Təbii fəlakət nəticəsində bəy də daxil olmaqla 5 nəfər xəsarət alıb.
İddiaya görə, toy zamanı 3 mərtəbəli evin damından atılan atəşfəşanlıq insanların çoxluq təşkil etdiyi ərazidə partlayıb. Toyu olan bəy və toyda iştirak edən 4 nəfər müxtəlif bölgələrindən xəsarət alaraq yaralanıb.
Xəbər üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib.
Yaralılar xəstəxanaya aparılıb.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Oksana