Toyda faciə: Dayı bacısı oğlunu bıçaqladı

Toyda faciə: Dayı bacısı oğlunu bıçaqladı
SOSİAL
14:12 27.06.2023
235
Xaçmazda toyda bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo” xəbər verir ki, Çarxı kəndində keçirilən məclis zamanı 1970-ci il təvəllüdlü Murad Baxışəli oğlu Baxışov bacısı oğlu, 1993-cü il təvəllüdlü Elyar Cəfər oğlu Bayramovu bıçaqlayıb.

Hadisənin şəxsi münasibətlər zəminində mübahisə zamanı baş verdiyi bildirilir.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Qeyd edək ki, bacısı oğlunu bıçaqlayan şəxs əvvəllər soyğunçuluq və qəsdən sağlamlığa xəsarət yetirdiyinə görə iki dəfə məhkumluq həyatı yaşayıb.
OXŞAR XƏBƏRLƏR