Toyda “Gangnam Style” oynayıb, 3 nəfəri öldürdü - VİDEO

Toyda “Gangnam Style” oynayıb, 3 nəfəri öldürdü -  VİDEO
DÜNYA
18:35 23.11.2013
1789

Yəməndə toyda iştirak edən bir nəfər əlində “Kalaşnikov” avtomatla məşhur “Gangnam Style” hitinin sədaları altında rəqs edərkən, təsadüfən 3 nəfəri güllələyib.

AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, internetdə yerləşdirilən videoda bir qrup gəncin rəqs etdiyi və atəş açıldıqdan sonra yerə yıxıldığı görünür.

Onları güllələyən şəxs havaya atəş açmaq istəyib, lakin təsadüfən rəqs edən kütləyə tuş gəlib.

OXŞAR XƏBƏRLƏR