Toyda kütləvi dava – 3 nəfər bıçaqlandı

SOSİAL
10:02 18.07.2016
2849

Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə toyda kütləvi dava olub.

AZXEBER.COM xəbər verir ki, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Pərvin Kərimov toyda dava zamanı həmkəndliləri - 1976-cı il təvəllüdlü Nicat Cəfərov, onun qardaşı 1984-cü il təvəllüdlü Seymur Cəfərov və digər kənd sakini, 1983-cü il təvəllüdlüMahmud Mahmudovu bıçaqlayıb.

Yaralılar dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Cinayəti törədən Pərvin Kərimov polislər tərəfindən saxlanılıb. Onun sərxoş vəziyyətdə cinayəti törətdiyi bildirilir.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR