Toyda tamadalıq edən Xoşqədəm Hidayətqızını döydülər - ŞOK İDDİA
MAQAZİN
14:20 18.04.2013
25787
ATV telekanalının məşhur verilişlərindən sayılan "Səni axtarıram"ın yaradıcı heyəti Bakıdakı restoranların birində möhkəm döyülüb. AzNews.az-a daxil olam məlumata görə, bu arzuolunmaz hadisə “Səni axtarıram” verilişinin prodüsseri Fərhadın toy məclisində yaşanıb. Belə ki, sözügedən verilişin aparıcısı Xoşqədəm Hidayətqızı bəylə gəlinin toy günündə restoranının zalında “Səni axtarıram”ın mini formatını yaratmaq qərarına gəlib və bu gözlənilən nəticənin tamamilə əksini verib. “Ssenari”yə uyğun olaraq balaca bir qız səhnəyə çıxaraq, “Xoşqədəm xanım, atamı axtarıram, mənə kömək edin” deyə ağlaya-ağlaya Xöşqədəm Hidayətqızının üstünə atılıb. Bundan sonra “ağlama, sənin atanı tapmaq üçün axtarışlara başladıq belə, biz Fərhadı tapacağıq” deyə aparıcı ağlayan qızın başını sığallayıb.Amma bu sürpriz səhnə toy sahiblərinin heç də ürəyincə olmayıb. Belə bir xoş gündə yerinə düşməyən şit zarafatla barışa bilməyən gəlinin qohum-əqrabası əsəblərinə sahib ola bilməyib. Nəticədə qız tərəfi ilə “Səni axtarıram” ailəsinin arasındakı narazılıq əlbəyaxa dava ilə sonunclanıb. Xoşqadəm Hidayətqızının komandası möhkəmcə döyüldükdən sonra toyun reallaşdığı restorandan uzaqlaşdırılıb.