Toydan çıxan 32 yaşlı kişi itkin düşüb

Toydan çıxan 32 yaşlı kişi itkin düşüb
SOSİAL
20:18 11.04.2019
4430
Sabirabad rayonunda 32 yaşlı kişi toy mərasiminən çıxdıqdan sonra itkin düşüb.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, rayonun Qalağayın kənd sakini, 1987-ci il təvəllüdlü Əliyev Sarvan Zabit oğlu ötən gün axşam saatlarında toy mərasimindən çıxaraq evə qayıtmayıb. 

Bu barədə onun yaxınları hüquq-mühafizə orqanlarına məlumat veriblər. Onun "Sabir" su kanalına düşərək boğulduğu ehtimal edildiyindən kanalın suyu azaldılıb və xilasedicilər tərəfindən axtarışlara başlanılıb.
OXŞAR XƏBƏRLƏR