Toydan qayıdan şəxslər qəzaya düşdü - Yaralılar var

Toydan qayıdan şəxslər qəzaya düşdü - Yaralılar var
HADİSƏ
22:39 10.09.2025
231
Yevlaxda toydan qayıdan dörd nəfər avtomobil qəzasına düşüb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Hürüuşağı kəndində qeydə alınıb. 

Belə ki, minik avtomobilinin idarəetmədən çıxaraq su arxına düşməsi nəticəsində 1985-ci il təvəllüdlü İ.Süleymanov, 1978-ci il təvəllüdlü X.Ələkbərov, 1981-ci il təvəllüdlü N.Həsənov və 1976-cı il təvəllüdlü S.Səfərov xəsarət alıb. 

Zərərçəkənlər xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, xəsarət alanlar toy məclisindən qayıdırmışlar.

Faktla bağlı araşdırma başlanılıb.
OXŞAR XƏBƏRLƏR