"Toydan toy tutmursansa, müğənni deyilsən" - Zemfira

"Toydan toy tutmursansa, müğənni deyilsən" - Zemfira
MAQAZİN
10:46 04.12.2025
80
"Toyun ləzzəti canlı oxumaqdadır. Əgər sən oxuduğun toydan beş-on dənə toy sifarişi almırsansa, deməli sən heç müğənni deyilsən".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri müğənni Zemfira İbrahimova deyib.
 
"Rəngarəng" verilişində qonaq olsan sənətçi toy şənliklərindən danışıb:
 
"Toy bizim milli adət-ənənələrimizin özüdür. Toyda canlı oxumaq lazımdır. Amma indi bəzi sənətçilər var, on gün öncədən başlayır hazırlaşmağa ki, toyda nə oxuyacağam? Hətta yarım saatlıq fonaqram yazdıranlar da var. Burda da toy yiyəsində günha görürəm, demək ki, o belə istəyir.
 
Toyda yorulmaq lazımdır, pulu halallıqla qazanmalısan. Elə olmasa o pulu heç evimə aparmaram. İndikilər deyir toy sənət deyil. Vaxt var idi səhər 11-dən gecə 4-ə kimi toy oxuyurdular. Bir çox müğənni musiqinin səmtini dəyişdi".
 
Aysel
OXŞAR XƏBƏRLƏR