"Açıq havada, ara məsafəsi saxlamaq və daha az adamın iştirakı ilə toyların keçirilməsi müzakirə oluna bilər. Amma düşünmürəm ki, Azərbaycanda toylar 30-40 nəfərdən ibarət olsun”.
AZXEBER.COM xəbər verir ki, bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev İctimai Televiziyada qonaq olarkən deyib.
O kütləvi insanın iştirakı ilə toyların baş tutub-tutmayacağına isə belə cavab verib: "300-400 nəfərin bir araya toplaşması isə yaxın günlərdə müzakirə mövzusu deyil”.