Toylarda say məhdudiyyəti aradan götürüldü, yaslara icazə verildi - YENİ QƏRAR

Toylarda say məhdudiyyəti aradan götürüldü, yaslara icazə verildi - YENİ QƏRAR
SOSİAL
18:39 05.03.2022
564
Xəbər verdiyimiz kimi, sabahdan Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.
 
 
AZXEBER.COM xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, 2022-ci il 6 mart tarixindən etibarən Azərbaycanda şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti aradan qaldırılır.
 
Belə ki, toylarda nəzərdə tutulan 150 nəfərlik məhdudiyyət aradan qalxır. Eyni zamanda yas mərasimlərinin keçirilməsinə icazə verilir. 


OXŞAR XƏBƏRLƏR