"Toylardan qazandığım pulu sizə xərcləyirəm ki, tanınasız" - Aşıq Namiq

"Toylardan qazandığım pulu sizə xərcləyirəm ki, tanınasız" - Aşıq Namiq
MAQAZİN
23:19 08.12.2017
2630
Lider TV-də yayımlanan "Köklə sazı" aşıq yarışmasında həyəcan davam edir.
  
AZXEBER.COM xəbər verir ki, verilişin bugünkü canlı yayımında layihə rəhbəri aşıq Namiq Fərhadoğlu müjdə verib. 
O deyib ki, "Köklə sazı" yarışması davamlı olacaq və yarışmanın 8-ci buraxılışı da efirə gedəcək: "Köklə sazı-8 yarışması da olacaq. Kim iştirak etmək istəyirsə, mənə müraciət edə bilər"
 
Aşıq Namiq həmçinin qeyd edib ki, şəxsi büdcəsindən bu layihə üçün pul ayırır: "Mənim layihəm efirdə yeganə layihədir ki, sponsoru yoxdur. Mən aşıq sənəti yaşasın deyə bu layihəni keçirirəm. Toylardan qazandığım pulu efirə verirəm. Əziz yarışmaçılar, siz də çalışın ki, yaxşı sənət göstərəsiz ki, mən peşman olmayım".
 
Qeyd edək ki, "Köklə sazı" verilişin hər həftənin cümə günü saat 22:00-da "Lider TV"də yayımlanır. Verilişin informasiya dəstəkçisi AZXEBER.COM xəbər portalıdır. 
 

OXŞAR XƏBƏRLƏR