Toylarla bağlı mühüm açıqlama: “50 nəfər qonaq, 3 saat da vaxt…”

Toylarla bağlı mühüm açıqlama: “50 nəfər qonaq, 3 saat da vaxt…”
SOSİAL
12:00 17.02.2021
9334
"Metronu aylardır, bağlı saxlayanlar. Təsəvvür edin ki, metro bağlı qalır, ancaq iş yerləri açıqdır. Adamlar iş yerlərinə getmək üçün hamısı şəxsi minik avtomobilinə sahib deyillər. O halda çox sayda vətəndaş doluşur tək ictimai nəqliyyat vasitəsi olan avtobuslara. Bakı Nəqliyyat Agentliyini də qınamalı deyil, bu avtobusların sayını nə qədər artırsa, yenə də tələbatı ödəmək mümkün deyil".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa öz şəxsi Facebook səhifəsində yazıb.  

Deputat bildirir ki, yollarda çox avtobusun olması həm də tıxacın çox olması deməkdir. Çünki ayrıca avtobus yolu düşünülməyib:

"İndi guya ayrıca avtobus üçün zolaqlar ağardılsa da, bu da digər avtomobillərin sıxlığına rəvac vermiş olur. Demək ki, avtobusun içindəki sıxlıqda, dayanacaqlarda saatlarla gözləməli olan vətəndaşların sıxlığında virusun yayılması üçün tam münbit şərait mövcud olur. Demək ki, bu şəraiti yüngülləşdirəcək tək alternativ vasitə metro olduğuna görə onun açılması məqsədəuyğun sayılmır.

Hər gün minlərlə insanın alış-veriş etdiyi və az qala ağız-ağıza qaldığı supermarketlərdə, iri ticarət müəssisələrində, kafelərdə, restoranlarda tünlük içində virusa yoluxmaq riski daha böyükdür, lakin heç bir ciddi yoluxma riski olmayan idman zallarında, fitnes salonlarında qapalı rejim hələ də saxlanmaqdadır. Kimlərsə insanların immuniteti gücləndirmək yolu ilə sağlamlığını qorumasını istəmir və inadla bu yerləri bağlı saxlayır.

Türkiyədə və başqa müsəlman ölkələrində camilər, məscidlər fərdi ibadətə açıqdır. Əlbəttə, Cümə namazı kimi kollektiv ibadətə imkan verilməsi xeyli riskli olduğuna görə, buna icazənin məqsədəuyğun olmadığını məsuliyyətli insanlarımız qəbul edirlər. Ancaq fərdi qaydada inanclı insanların ibadətinə bu cür məhdudiyyətin qoyulmasının məntiqi izahını tapmaq mümkün deyildir.

Toyların zəruri məhdudiyyət şərtləri ilə keçirilməsinə icazə verilməməsi də müəmmalı bir yanaşmadı. Hər gün Bakının istənilən "Macdonalds”, "Mado” və s. kimi iaşə məkanlarına diqqət yetirin, saatlarla yüzlərlə insan həm masa arxasında, həm də yemək növbəsində bir-birinə yaxın məsafədə olurlarsa, o halda toylarda sağlamlıq təhlükəsizliyinə əməl etmək daha rahat deyilmi? Necə deyərlər, iki kəllə oxuyan, 50 nəfər qonaq, 3 saat da vaxt, bundan qətiyyən dünya dağılası və virus yayılası deyil. Bir ilə yaxındır ki, adamlar ailə qura bilmirlər. Qaydanı pozarlarsa, buyurub restoran və ya şadlıq evi sahibini cəzalandırın. Hər şeyin total şəkildə və uzun müddətə qadağan olunması çıxış yolu deyil ki?

Vaksinasiyanın zəruriliyi ilə bağlı inandırma prosesi laqeydləşdirmə prosesinə çevrilib və insanlarda hansısa kütləvi həssaslığı sezmək mümkün olmur. Sanki vaksinlərin də geniş şəkildə vurulmasını kimlərsə istəmir və xəstəliklə bağlı qeyri-müəyyənliyin qalmasına daha çox maraqlıdırlar. Kütləvi media quruluşlarında bu məsələ ətrafında mütəxəssislər arasında aydınladıcı müzakirələrin aparılmaması da sanki yuxarıdakı məqsədə xidmət edir.

Məlumat alırıq ki, mart ayında yeni dalğanın gəlməsi mümkündür. O halda vətəndaşa daha ehtiyatlı davranmaq, təhlükəyə qarşı hazırlıqlı olmaq üçün inandırıcı informasyaları çatdırmaq lazım. Bu barədə susmaq da virusun yeni dalğasına hazırlıqsız yaxalanmamıza rəvac verən hərəkətsizlik aktı kimi anlaşıla bilər. Bu iradların ardını vətəndaşlar günlük yaşadıqları sıxıntılara görə yeni bəndlər üzrə özləri davam etdirə bilərlər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
21:21 28.06.2025
Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
20:57 28.06.2025
Tramp ABŞ-dəki iğtişaşlarla əlaqəli təşkilatların maliyyələşdirilməsini dayandırmağı tapşırıb
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
20:36 28.06.2025
Rusiyada qardaşları öldürülən Seyfəddin Hüseynli - Danışdı
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
20:27 28.06.2025
Güləşçilərimiz İtaliyada Avropa çempionu oldu
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
20:01 28.06.2025
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan - Görüntüləri
“Neftçi” milli komandanın üzvünü transfer edib
19:54 28.06.2025
“Neftçi” milli komandanın üzvünü transfer edib
Azərbaycan XİN Pakistana başsağlığı verib
19:38 28.06.2025
Azərbaycan XİN Pakistana başsağlığı verib
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
19:26 28.06.2025
Rusiya XİN azərbaycanlılara qarşı zorakılığa münasibət bildirib
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
19:15 28.06.2025
Ombudsman Səbinə Əliyeva Rusiya ombudsmanına rəsmi məktub ünvanlayıb
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
18:53 28.06.2025
Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təşkil ediləcək
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
18:41 28.06.2025
Zelenski Trampla son görüşdən razı qaldığını açıqlayıb
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
18:36 28.06.2025
Baksol yolunda kanalizasiya quyusuna düşən gəncin meyiti tapılıb
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
17:49 28.06.2025
Ukrayna Təhlükəsizlik Xidməti Krımda Rusiyanın 3 helikopterinin məhv edildiyini bildirdi
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
17:35 28.06.2025
Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
17:21 28.06.2025
Rusiyada hücuma məruz qalan azərbaycanlıları ÖMÜRLÜK HƏBS gözləyir - İttihamları BİLİNDİ
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür
17:05 28.06.2025
İş adamları və əhali “Ziraat Bank Azərbaycan”dan pullarını geri götürür