"Toyun sadəcə açılışını 30 minə oxuyan müğənni var" - Zaurdan iddia

"Toyun sadəcə açılışını 30 minə oxuyan müğənni var" - Zaurdan iddia
MAQAZİN
11:10 08.01.2026
142
Aparıcı Zaur Nəbioğlu açıqlaması ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, aparıcı müğənnilərin toy qiymətlərindən danışıb.
 
O, bildirib ki, bir müğənni təşkilatçısı olduğu toyda açılış etmək üçün ondan 30 min manat pul istəyib:
 
"Mən bir tədbirim təşkilatçısı idim. Dedilər ki, toyun açılışını bu müğənni etsin. Əlaqə saxladım, danışdım və dəhşətə gəldim. Sadəcə açılışda yarım saat çıxış üçün 30 min manat pul istədi. Mirələm, Təyyar Bayramov, Babək Niftəliyev kimi sənətkarlar sadəcə toyun açılışını bayağı müğənnilərin ümumi toy qiymətinə edirlər. Onlar bir aya 50 mini çox rahat şəkildə qazanırlar. Aygün Kazımova, Röya Ayxan, Elton Hüseynəliyev, Zamiq Hüseynov, Abbas Bağırov toylardan çox yaxşı qazanırlar".
 
Aysel
OXŞAR XƏBƏRLƏR