TQDK-nın imtahan sualında səhv tapıldı - İddia

SOSİAL
16:23 15.08.2016
1601

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 5-də keçirilən magistr imtahanında suallardan biri səhv olub.

Bu barədəBakı şəhər sakini, imtahanda iştirak edən İbrahim Rüstəmov məlumat verib.

Abituriyentin sözlərinə görə, tarix fənni üzrə test suallarından birində kobud səhvə yol verilib:

“Sualın qoyuluşu belədir: “Yaponiyada gənc zabitlər çevrilişinin səbəbi nə ilə bağlı idi?” Əslində, Yaponiyada gənc zabitlər çevrilişi iki dəfə baş verib, hər birinin də səbəbi başqa olub. Amma test sualında söhbətin hansı çevrilişdən getdiyi yazılmayıb”.

İ.Rüstəmov məsələ ilə bağlı TQDK-nın Apelyasiya Komissiyasına müraciət edib. Komissiyaya sualın səhv olduğunu sübut etsə də, imtahan nəticəsinə dəyişiklik edilməyib. Bunu görən abituriyent TQDK-ya 4 dəfə məktubla müraciət edib. Lakin onun bütün cəhdləri nəticəsiz qalıb.

TQDK-nın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun əməkdaşı Yaqut Həsənova Axar.az-a açıqlamasında isə faktı təkzib edib. O, indiyə qədər TQDK imtahanlarında belə bir halın baş vermədiyini dedi:

“İmtahan suallarında səhv ola bilməz. Əgər abituriyent belə bir faktla qarşılaşıbsa, imtahandan dərhal sonra Bakı Asiya Universitetinin binasında fəaliyyət göstərən Apelyasiya Komissiyasına müraciət etməlidir”.

OXŞAR XƏBƏRLƏR