Türkiyənin "Trabzonspor" klubu "Adana Dəmirspor"dan ayrılan müdafiəçi Yusef Atalını transfer etmək istəyir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Trabzonspor" 28 yaşlı futbolçu ilə rəsmi danışıqlara başlayıb.
Bildirilib ki, Atal müxtəlif klublardan da təklif alıb, lakin onları dəyərləndirmək üçün vaxt istəyib.
Qeyd edək ki, oyunçu karyerasında 140 matça çıxıb, 13 qol vurub, 12 məhsuldar ötürmə edib.
Məryəm