Türkiyənin "Trabzonspor” klubu türk futbolçu Kənan Karamanla maraqlanır.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniya klubu "Şalke" futbolçu üçün əvvəlcə 3 milyon avro tələb edib.
"Trabzonspor" isə bu qiyməti aşağı endirməyə çalışır.
Həmçinin Kənanla Rusiyanın "Lokomotiv Moskva" komandası da maraqlanır.
Qeyd edək ki, futbolçu bu mövsüm 31 matçda 14 qol və 9 məhsuldar ötürmə edib.
Məryəm