Türkiyənin "Trabzonspor" klubunun 24 yaşlı hücumçusu Aleksandr Sörlothdan 3 gündür ki, xəbər yoxdur.
AzxeberSport Türkiyə mətbuatına istinadən xəbər verir ki, futbolçu 3 gündür ki, Trabzona getməyib və edilən zənglərə də cavab vermir. Onun harada olduğu isə bilinmir.
Qeyd edək ki, mediada onun bir müddətdir Almaniyanın "RB Leipzig" rəhbərliyi ilə danışıqlar apardığı yazılırdı.