"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Quşçu Ayrım kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan traktor idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində sükan arxasında olan 2007-ci il təvəllüdlü İsgəndərli Məcid Surxay oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib.