İspaniyada uşaqların yanında siqaret çəkən valideynlər 100 avro cərimələnəcək.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə tütün istifadəsi haqda yeni qanun qəbul edilib.
Belə ki, qanun siqaret və elektron siqaretlərin terraslarda və azyaşlılar arasında istifadəsini qadağan etmək məqsədi daşıyır.
Səhiyyə naziri Monika Qarsiya yeni qaydalara ehtiyac olduğunu vurğulayaraq, tütünün hər il 50 min insanı öldürdüyünü bildirib.
Qeyd edək ki, hökumət müxtəlif açıq ərazilərdə siqaret çəkməyi qadağan edən qanun layihəsini də təsdiqləyib.