Tramp ABŞ-da koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı

Tramp ABŞ-da koronavirus pandemiyasının bitəcəyi tarixi açıqladı
DÜNYA
09:19 17.03.2020
3176
ABŞ hakimiyyəti ölkədə yeni koronavirusun yayılmasının iyul-avqust aylarında bitəcəyini gözləyir.

"Report” "TASS”a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp əlavə edib: "İnsanlar koronavirusun iyul, avqust ayına qədər bitəcəyi barədə danışırlar. Lakin, bu daha uzun müddət davam edə bilər. Bu müddət, səlahiyyətli şəxslərin müvafiq işlərin öhdəsindən necə gələcəyindən və ölüm nisbətini azaltmalarından asılı olacaq”.

Tramp, eyni zamanda, yeni koronavirusun ABŞ iqtisadiyyatına mənfi təsir edəcəyini də etiraf edib.
OXŞAR XƏBƏRLƏR