Tramp: ABŞ-ın Venesueladakı nəzarəti illərlə davam edə bilər

Tramp: ABŞ-ın Venesueladakı nəzarəti illərlə davam edə bilər
DÜNYA
14:10 08.01.2026
87
ABŞ prezidenti Donald Tramp Venesuelada həyata keçirilən hərbi müdaxilədən sonra Vaşinqtonun bu ölkənin idarəçiliyində söz sahibi olmaq cəhdlərinin uzun müddət davam edə biləcəyini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp "The New York Times” qəzetinə verdiyi müsahibədə ABŞ-ın yanvarın 3-dən etibarən hərbi müdaxiləyə başladığını iddia etdiyi Venesuelanın gələcəyi ilə bağlı açıqlamalar verib. ABŞ-ın Venesuelanı idarə etməyi və ölkənin zəngin neft ehtiyatlarından istifadə etməyi illərlə davam etdirə biləcəyini deyən Tramp, bu prosesin nə qədər sürəcəyinə dair suala "Zaman göstərəcək” cavabını verib.

ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton Venesuelanı "sərfəli şəkildə yenidən qurmağı” planlaşdırır. Tramp bildirib ki, ABŞ Venesuelanın neft ehtiyatlarından istifadə edəcək və bu yolla neft qiymətlərinin aşağı salınmasına nail olmağa çalışacaq. Onun fikrincə, bu addımlar Venesuelaya ciddi maliyyə dəstəyi verilməsinə imkan yaradacaq.

Tramp həmçinin həbsdə olan prezident Nikolas Maduronun administrasiyasında çalışmış bəzi keçmiş rəsmilərdən ibarət müvəqqəti hökumətin ABŞ-la əməkdaşlıq etdiyini qeyd edib. O, Vaşinqtonun hazırkı Karakas administrasiyasından "zəruri hesab etdiyi hər şeyi” əldə etdiyini iddia edib.

ABŞ prezidenti Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə görüşüb-görüşməyəcəyi və ölkədə seçkilərin nə vaxt keçiriləcəyi ilə bağlı sualları isə cavabsız qoyub.

Digər tərəfdən, Tramp ABŞ dövlət katibi Marko Rubionun Rodrigez və keçid hökumətinin digər nümayəndələri ilə sıx əlaqədə olduğunu bildirib.

Tramp gələcəkdə Venesuelaya səfər etmək niyyətində olduğunu da açıqlayaraq, "Düşünürəm ki, bir vaxt gələcək bu ölkə təhlükəsiz olacaq”, – deyə əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
09:42 27.02.2026
İctimai nəqliyyatda təqaüdçülərə və tələbələrə güzəşt olunması təklif edilir
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
09:41 27.02.2026
Qiyabi təhsil alanlara hərbi çağırışla bağlı möhlət verilə bilər
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
09:39 27.02.2026
Antiterror əməliyyatının iştirakçılarının statusuna aydınlıq gətirilməsi tövsiyə edilir
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
09:30 27.02.2026
Onların təhsil haqqını dövlətin ödəməsi təklif olunur
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
09:28 27.02.2026
Bu halda işçiyə 8 gün əlavə məzuniyyət verilə bilər
Azərbaycanda pensiyaların artırılması təklif olunur
09:23 27.02.2026
Azərbaycanda pensiyaların artırılması təklif olunur
bakıda bu yollarda sıxlıq var - siyahi
08:37 27.02.2026
bakıda bu yollarda sıxlıq var - siyahi
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
08:14 27.02.2026
Yeni quraşdırılan "ağıllı işıqforlar"ın üstünlüyü nədir? - VİDEO
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
05:08 27.02.2026
İran mümkün hücuma qarşı nüvə obyektlərini möhkəmləndirir
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
03:46 27.02.2026
Avropa İttifaqı Belarusa qarşı sanksiyaların müddətini uzatdı
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
02:27 27.02.2026
İsrail Livanda “Hizbullah”-ın səkkiz düşərgəsinə zərbə endirib
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
01:49 27.02.2026
Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
01:12 27.02.2026
Yeni istifadəyə verilən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi potensialı necədir? - VİDEO
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
00:42 27.02.2026
Söküntü zamanı sahəsi kiçik olan ev sahiblərinə əlavə kompensasiya veriləcək? - VİDEO
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
00:02 27.02.2026
Cenevrədə ABŞ-İran danışıqları tamamlandı: Tərəflər razılığa gəldilər
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO
23:50 26.02.2026
Kubra Məhərrəmova ilə bağlı şok görüntülər: Araşdırma başladı - VİDEO