ABŞ administrasiyası hazırda Ukraynaya hərbi yardım göstərən Vaşinqtonun NATO müttəfiqlərinə silah tədarükünü artırmaq niyyətindədir.
Bu barədə ABŞ administrasiyasının rəhbəri Donald Tramp Ağ Evdə hökumətin iclasında bildirib.
"Biz NATO-ya milyonlarla və milyonlarla, nəticədə milyardlarla dollarlıq raket və hərbi texnika satırıq. Bunu davam etdirəcəyik. Biz onlara mümkün qədər çox silah verməyə çalışırıq. Onlar Amerikanın hərbi məhsullarını istəyirlər”, - o deyib.
"Zavodlar "Patriot” zenit-raket sistemləri və digər müdafiə və hücum silahlarının istehsalını iki və üç dəfə artırır”, - Amerika lideri vurğulayıb.
Xatırladaq ki, iyulun 14-də Tramp Avropanın tədarükü maliyyə cəhətdən qarşılayacağı təqdirdə Vaşinqtonun Kiyevə silah və hərbi texnika verməyə davam etmək qərarına gəldiyini açıqlayıb. Bu prosesi isə NATO koordinasiya edəcək.
/report