Tramp: ABŞ-nin ikinci aviadaşıyıcısı tezliklə İran sahillərinə göndəriləcək

Tramp: ABŞ-nin ikinci aviadaşıyıcısı tezliklə İran sahillərinə göndəriləcək
DÜNYA
23:50 13.02.2026
717
ABŞ Prezidenti Donald Tramp bildirib ki, əgər Vaşinqton və Tehranın razılığa gəlməsə, yaxın vaxtlarda İran istiqamətinə ikinci ABŞ aviadaşıyıcı qrupu göndəriləcək.

O, bu barədə Ağ Evin Cənub çəmənliyində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"O, çox tezliklə yola düşəcək. Biri artıq oradadır", - ABŞ lideri ikinci aviadaşıyıcını və onu müşayiət edən gəmilərin İran sahillərinə göndərilməsi ilə bağlı sualı cavablandırarkən deyib.

"Əgər razılaşma əldə etməsək, o, bizə lazım olacaq", - Tramp ikinci aviadaşıyıcının göndərilmə səbəblərini izah edərkən deyib.

/report
OXŞAR XƏBƏRLƏR