Tramp: ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib

Tramp: ABŞ və Aİ Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib
DÜNYA
20:26 14.07.2025
242
ABŞ və Avropa İttifaqı (Aİ) Ukraynaya silah tədarükü ilə bağlı razılığa gəlib.

Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, Ukraynaya milyardlarla dollar dəyərində hərbi texnika göndəriləcək və xərclər Avropanın üzərinə düşəcək.

Tramp bir daha qeyd edib ki, 2022-ci ildə prezident olsaydı, Rusiyanın Ukraynaya təcavüzü baş verməzdi. O, rusiyalı həmkarı Vladimir Putinlə də tez-tez ünsiyyətdə olduğunu və müharibənin yaxınlaşdığını qabaqcadan gördüyünü bildirib.

"Raketlər Kiyevə çatdırılana qədər bütün bunlar yalnız danışıqdır. Danışmağı bitirib əməli addıma keçmək lazımdır”, - o deyib.
 
/Report
OXŞAR XƏBƏRLƏR