Tramp administrasiyasının xarici yardımın bərpası üçün iki gündən az vaxtı var

DÜNYA
19:49 26.02.2025
374
ABŞ-nin Kolumbiya dairəsinin federal məhkəməsi Prezident Donald Trampın administrasiyasına xarici dövlətlərə yardımın bərpasına iki gündən az vaxt verib.

Bu barədə "Associated Press” (AP) məlumat yayıb.

Onun sözlərinə görə, hakim qərar verib ki, administrasiya iki həftə ərzində maliyyələşməni bərpa etmək üçün əvvəlki məhkəmə qərarını icra etmək niyyətində olduğuna dair heç bir əlamət nümayiş etdirməyib. İddia ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə xarici yardımın dayandırılması ilə əlaqədar bir qrup qeyri-kommersiya təşkilatı tərəfindən qaldırılıb. Fevralın 13-də hakim maliyyələşmənin bir hissəsinin müvəqqəti olaraq bərpa olunmasını əmr etsə də, USAID və bir sıra qeyri-kommersiya təşkilatı o vaxtdan bəri heç bir ödənişin daxil olmadığını bildirib.

AP qeyd edir ki, Vaşinqton administrasiyası ikinci dəfədir ki, məhkəmə qərarlarına məhəl qoymur. Bundan əvvəl Rod-Aylend federal dairə məhkəməsi müəyyən etmişdi ki, müvafiq məhkəmə qərarının olmasına baxmayaraq, Trampın komandası ABŞ-də bir sıra maliyyə yardımı proqramlarını bərpa etməyib.
 
///report
OXŞAR XƏBƏRLƏR