Tramp altıncı nəsil F-47 qırıcısını hazırlayacaq şirkətin adını açıqlayıb

Tramp altıncı nəsil F-47 qırıcısını hazırlayacaq şirkətin adını açıqlayıb
DÜNYA
20:55 21.03.2025
213
"Altıncı nəsil F-47 döyüş təyyarəsinin hazırlanması ilə bağlı müsabiqədə "Boeing” qalib gəlib.”

Bunu ABŞ prezidenti Donald Tramp açıqlayıb.

"F-47 indiyə qədər istehsal edilmiş ən qabaqcıl, ən bacarıqlı və ən ölümcül təyyarə olacaq. Təyyarənin eksperimental versiyası təxminən 5 ildir ki, gizli şəkildə uçur və biz əminik ki, bu, digər dövlətlərin imkanlarından çox üstündür", - o bildirib.
 
Xatırladaq ki, martın 21-də Trampın NGAD (Next Generation Air Dominance) kimi tanınan yeni nəsil döyüş təyyarəsi üçün ən azı 20 milyard dollarlıq müqavilə ilə bağlı Pentaqonun qərarını açıqlayacağı gözlənilirdi.

Qeyd edək ki, son illərdə "Boeing” və "Lockheed Martin” kimi nəhəng şirkətlər təyyarənin hazırlanması üzrə müqavilə üçün yarışırdı. Digər nəhəng şirkət "Northrop Grumman” isə 2023-cü ildə yarışdan çıxdığını açıqlamışdı.

NGAD layihəsi çərçivəsində hazırlanan təyyarənin F-22 Raptoru əvəz edəcəyi və pilotsuz uçuş aparatları ilə birlikdə istifadə ediləcəyi gözlənilir.
 
 
///APA
OXŞAR XƏBƏRLƏR