Tramp Alyaskanın Ankoric şəhərində Putinlə təkbətək görüşmək istəyir

Tramp Alyaskanın Ankoric şəhərində Putinlə təkbətək görüşmək istəyir
DÜNYA
22:21 12.08.2025
738
ABŞ Prezidenti Donald Tramp avqustun 15-də Alyaskanın Ankoric şəhərində Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı həm də təkbətək danışıqlar aparmağı planlaşdırır.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.

"Bəli, bu planın bir hissəsidir”, – o əlavə edib.

Livitt həmçinin ABŞ və Rusiya sammitinin digər detalları ilə bağlı məlumatın razılaşdırıldıqdan sonra açıqlanacağını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR