Tramp: "Avropanın Rusiyadan neft alması uzun çəkməyəcək"

Tramp: "Avropanın Rusiyadan neft alması uzun çəkməyəcək"
SİYASƏT
10:07 21.09.2025
142
"Avropa ölkələri Rusiya neftindən imtina etməlidirlər".

AZXEBER.COM RBK-ya istinadən xəbər verir ki, yenidən bu bəyanatla ABŞ Prezidenti Donald Tramp çıxış edib.

"Avropalılar Rusiyadan neft alırlar, bu olmamalıdır, düzdür? Fikrimcə, bu, çox uzun çəkməyəcək", - deyə o vurğulayıb.

Tramp həmçinin ABŞ-nin NATO yanında daimi nümayəndəsi Mett Uitakerə müraciət edərək deyib:

"Ey Mett, onlar (Avropa ölkələri - red.) Rusiyadan neft almağı dayandırmalıdırlar. Onlarla danış, zəhmət olmasa. Mett buna daha yol verməyəcək".
 
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR