"Narkotik alverçiləri üçün ölüm cəzasını tətbiq etməyə hazıram".
AZXEBER.COM Musavat.coma istinadən xəbər verir ki, bunu prezident Donald Tramp ölkə qubernatorları ilə görüşdə deyib.
"Cəza olduqca sərt olmalıdır. Əgər diqqət yetirsəniz, ölüm cəzasının tətbiq olunduğu ölkələrdə narkotiklə bağlı problemlər yoxdur", – Ağ Evin rəhbəri vurğulayıb.
O, həmçinin bu cəza tədbirinin çox humanist olduğunu bildirib. Trampın sözlərinə görə, "hər bir narkotik alverçisi orta hesabla ən azı 500 nəfəri öldürür".